ABŞ tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidi təmin ediləcək.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. Onun sözlərinə görə, bu qərar dərhal qüvvəyə minir və enerji daşımalarının fasiləsiz davam etməsinə yönəlib.
ABŞ lideri əlavə edib ki, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərə siyasi risk sığortası və maliyyə zəmanətləri təqdim edəcək.
Tramp bildirib ki, bu addımın məqsədi regionda artan risklər fonunda Amerika və tərəfdaş ölkələrin iqtisadi maraqlarını qorumaqdır.
Tahir Turan
Globalinfo.az