b 91

Martın 2-si saat 14.00-dan 17.00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsindən 10-a yaxın Çin, 15 Pakistan, 6 Azərbaycan vətəndaşı təxliyə olunub.

Globalinfo.az bildirir ki, təxliyə zamanı bir əcnəbiyə səhhətində yaranan problemlə bağlı yerində tibbi yardım göstərilib.

***14:12

Azərbaycan sərhədi ilə İrandan təxliyə prosesi davam edir.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hazırda Astara Sərhəd Gömrük keçid məntəqəsindən Rusiya Federasiyası vətəndaşlarının keçidi başlayıb.

Müvafiq prosedurdan sonra 15-ə yaxın Rusiya vətəndaşı SGK məntəqəsindən təxliyə olunub.

Bundan başqa, səhər saat 10-dan sonra 10 Azərbaycan, 5 Çin, 4 Tacikistan və 20-yə yaxın Pakistan vətəndaşının təxliyəsi həyata keçirilib.

69a561cee06e669a561cee06e7177244615769a561cee06e469a561cee06e5 69a561ceaa1fe69a561ceaa1ff177244615769a561ceaa1fb69a561ceaa1fc

***

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 312 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Globalinfo.az bildirir ki, fevralın 28-dən martın 2-si səhər saat 10:00-a qədər sərhədi 101 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 76, Rusiyanın 39, Pakistanın 32, Səudiyyə Ərəbistanının 18, Tacikistanın 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın, Fransanın, Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

***11:08

Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Globalinfo.az bildirir ki,, bu dəqiqələrdə keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Qeyd edək ki, bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.

***10:44

Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub.

Globalinfo.az bildirir ki, “Report”un Cənub bürosunun məlumatına görə, hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

b 92 b 93

Paylaş: