iran 2

ABŞİsrail bir həftə əvvəl İrana hücum etməyi planlaşdırmışdılar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Vaşinqton və Tehran arasında 17 fevralda irəliləyiş olmadan başa çatan danışıqların ikinci mərhələsindən sonra ABŞ və İsrail 21 fevralda zərbələrə hazırlaşmağa başlayıblar. Lakin hücum üçün icazə verilməyib.

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, səbəblərdən biri bölgədəki hava şəraiti olub. Başqa bir mənbə gecikmənin ABŞ və İsrail Müdafiə Qüvvələri arasında koordinasiyanın yaxşılaşdırılması zərurəti ilə bağlı olduğunu deyib”, – nəşr qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: