G9qWNNPTEZHtSemnxVBBRrudWqIhM2eLzktVGn1g 1200

İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən NATO-nun “Viktoriya” bazasını hədəfə alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) informasiya yayıb.

Bildirilir ki, zərbə nəticəsində ABŞ-a məxsus “Palm Jet” təyyarəsi sıradan çıxarılıb, həmçinin uçuş-enmə zolağına ziyan dəyib.

“Hücum bazaya yönəlmiş üç kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilib”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: