qarabag 2025 1

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, günün son matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Ağdam klubunun heyətində Pedro Bikalyo, Kevin Medina və Musa Qurbanlı fərqləniblər. “Sabah”ın qollarını isə Xəyal Əliyev, Aaron Maluda və Coy-Lens Mikels vurublar.

Turnir cədvəlinə 53 xalla “Sabah” başçılıq edir. “Qarabağ” isə 46 xalla ikinci pillədə qərarlaşıb.

Paylaş: