abs 1

İrana qarşı hərbi əməliyyat zamanı ABŞ-ın itkiləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTKOM) məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat zamanı 3 ABŞ hərbçisi ölüb, 5-i ağır xəsarət alıb.

CENTCOM ABŞ hərbçilərinin hansı şəraitdə ölməsi və yaralanması barədə təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, İran dünən və bu gün Yaxın Şərqdəki ABŞ bazalarına ardıcıl zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: