“Hörmüz boğazının girişində neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilər də daxil olmaqla, ən azı 150 tanker toplanıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin gəmi izləmə platforması “MarineTraffic”in məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, boğazın digər tərəfində daha onlarla gəmi lövbər salıb və ümumi say təxminən 200-ə çatıb.
“Sözügedən gəmilərin əksəriyyətinin Səudiyyə Ərəbistanından və regiondakı digər əsas ixracatçılardan neft, eləcə də Qətərdən mayeləşdirilmiş təbii qazı dünya bazarlarına çatdıracağı gözlənilir”, – deyə qeyd olunub.
Xatırladaq ki, marşrutun bağlanması ilə bağlı xəbərlərdən sonra İranın Məqsədyönlülük Şurasının baş katibi Möhsün Rezayi neft tankerlərinin boğazdan təhlükəsiz şəkildə keçə biləcəyini, lakin ABŞ hərbi qüvvələrinin və şəxsi heyətinin İranın zərbələri üçün qanuni hədəf olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az