baki 9 900x506 2

Globalinfo.az ABŞ və İsrailin İrana hücumu ilə bağlı amerikalı politoloq Piter M.Teyslə müsahibəni təqdim edir:

– Cənab Teys, Cenevrə danışıqları ümidverici idi. İsrail və ABŞ-ın bu məqamda İrana hücumunun səbəbi nə oldu?

– İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, 26 fevral Cenevrədəki danışıqlar raundu əvvəlkilərlə müqayisədə olduqca gərgin keçib. Həm Prezident Tramp, həm də Baş nazir Benyamin Netanyahu Cenevrə danışıqlarından iki gün sonra İrana qarşı hərbi hücum əmri verərək cəsarətlilik nümayiş etdiriblər.

– Müharibə uzana bilərmi və sizcə, necə nəticələnəcək?

– İran hökuməti sürətli və radikal dəyişikliklər yaşayacaq. Nüvəsizləşdirilmiş İran və İranı idarə edəcək parlament demokratiyası ilə dünya daha yaxşı vəziyyətə gələcək.

İranı ayağa qaldırmaq və bütün Yaxın Şərqdə sülhə can atan başqa namizədlər var. Pəhləvi köhnə fiqurdur və o da uğurlu olmayacaq. İranın daxilindəki siyasi nəticələri qiymətləndirmək üçün çox tezdir. Əminəm ki, yaxın gələcəkdə qadınlar İranın siyasi həyatında daha çox iştirakı edəcək.

piter

Piter M.Teys

– ABŞ-ın regionda müdaxiləsini Rusiya və Çinlə rəqabət fonunda necə şərh edərdiniz?

Rusiya Federasiyasının böyük resursları və insan kapitalı Mərkəzi Asiya və Yaxın Şərqdən çıxarılıb və Şərqi Avropa və Ukraynada cəmləşib. 6 noyabr 2025-ci ildə Ağ Evdə keçirilən prezidentlərin sammiti beş Mərkəzi Asiya respublikası ilə Vaşinqton arasında iqtisadi və ticari əməkdaşlıqda yeni bir səhifə açdı. Bu fonda Çin Xalq Respublikası çaşqınlıq içində qalmış kimi görünür. Mərkəzi Asiya liderləri və Prezident Tramp 100 milyard ABŞ dollarını aşmağı hədəfləyən ticarət və investisiya paketi planı barədə razılığa gəliblər. Bu günə qədər Çin Xalq Respublikası buna bənzər bir təklif hazırlamayıb və irəli sürməyib, çünki Pekin bilir ki, Tramp administrasiyası və 47-ci Gündəm ABŞ-ı 2029-cu ilin yanvar ayına qədər idarə edəcək. Bununla yanaşı, Çin Xalq Kommunist Partiyasının rəhbəri Si Cinpin ölkəsini ən azı daha 10 il idarə edəcək. Buna görə də hələlik Pekin səbr və ehtiyatlılıq nümayiş etdirir.

– Bu və digər dövrlərdə Azərbaycanın vasitəçilik missiyasını necə dəyərləndirirsiniz?

– Dünyanın istənilən ölkəsindən fərqli olaraq, Azərbaycan, mənəvi prinsipləriə xüsusi önəm verən və uzaqgörən lider Prezident İlham Əliyev tərəfindən idarə olunan, müharibə edən tərəfləri bir araya gətirən və Yaxın Şərqdə və Mərkəzi Asiyada dinc-yanaşı yaşamağı təşviq edən ən yaxşı məkan və ev sahibi hökumətdir. Azərbaycan Respublikası Yer üzündə beynəlxalq hüquq prinsiplərini tətbiq edən və müharibə qaydalarına səylə hörmət edən yeganə dövlətdir. Azərbaycan Avropada və onun hüdudlarından kənarda hər hansı digər ölkədən daha çox resurs ayırıb və millətlərin bir araya gəlməsinə böyük dəstək verib.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: