ABŞ-ın Küveytdəki Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb, raketlər Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud Əbdüləziz əl-Otaybi açıqlama verib.
“Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb. Bu gün səhər Küveyt hava hücumundan müdafiə qüvvələri onları uğurla zərərsizləşdirib, qalıqları bazanın yaxınlığına düşüb”, – o qeyd edib.