Bu gün səhər saatlarında İsrailin İrana hücumu bölgədə nəqliyyat-logistika sahəsinə mənfi təsir edib. İranın hava məkanı raket hücumları səbəbi ilə beynəlxalq uçuşlara bağlanıb.
Globalinfo.az xəbər verir ki, Yaxın Şərq ölkələrinə aviareyslərdə ləngimələr var. Artıq bəzi uçuşlar təxirə salınıb. AZAL-dan bildirilib ki, Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Rusiyanın Kazan şəhərindən Dubaya uçan “Flight Dubai” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi də Bakıya məcburi eniş edib. Bu haqda FlighRadar24 proqramı bildirir. Gün ərzində bu cür məcburi enişlərin ola biləcəyi istisna deyil.
Əliyar Xəlil
Globalinfo.az