
*** 14:33
Rusiya ordusunun Belarusdakı qruplaşmasının hazırkı rəhbəri və Vladimir Putinin sabiq xüsusi nümayəndəsi, general Aleksandr Matovnikovun intim videosu yayılıb.
Globalinfo.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, bir çox mətbu orqanlarda və sosial şəbəkələrdə yayılan videoda generalın kamera qarşısında kimin üçünsə “intim rəqs” etdiyi görünür.
Media general Matovnikovun həmin videonu öz həmcinsi üçün çəkdiyini yazıb və hətta onun “dostu” ilə yazışmalarını dərc edib.
Mətbuat xüsusilə də ona diqqət yetirir ki, bu video Belarusdakı “Maçulişi” aerodromundakı məlum partlayışdan az sonra yayımlanıb. Sözügedən general həm də bu aerodromun təhlükəsiziyinə görə məsuliyyət daşıyır.














