Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin bunker görüntülərini nümayiş etdirməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Nazirliyin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məsələ ilə bağlı açıqlamasında bunun ictimai rəyə hesablanan addım olduğunu deyib.

Onun sözlərinə görə, bunker görüntülərinin paylaşılması Ukrayna cəmiyyətində liderin çətinlikləri xalqla birlikdə yaşadığı təsəvvürünü formalaşdırmağa yönəlib.

Miroşnik iddia edib ki, nümayiş etdirilən obyekt köhnə, ehtimal ki, Sovet dövrünə aid tikilidir və müəyyən obraz yaratmaq məqsədi daşıyır. Diplomatın fikrincə, bu addım PR xarakterlidir və Zelenskinin guya adi vətəndaşlarla eyni şəraitdə yaşadığını göstərmək cəhdidir.

O əlavə edib ki, Ukrayna rəhbərliyinin faktiki istifadə etdiyi obyektlərin daha yaxşı mühafizə olunduğunu və daha rahat şəraitə malik olduğunu düşünür. Rusiya XİN nümayəndəsinin sözlərinə görə, prezidentin real yaşayış yeri ilə bağlı təqdim olunan görüntülər arasında fərq var.

Tahir Turan
Globalinfo.az

Paylaş: