“Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi və enerji infrastrukturuna güclü birləşmiş zərbə endirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life.ru SHOT” Telegram kanalı məlumat yayıb.
“Rusiya qüvvələri strateji əhəmiyyətli Ukrayna hədəflərini vurmaq üçün təxminən 80 “Geran” PUA-sından, eləcə də onlarla “Tsirkon”, “İsgəndər” və “X-101” raketlərindən istifadə edib. “Geran”ın Poltavadakı qaz infrastrukturu obyektinə endirdiyi zərbə yanğına səbəb olub”, – deyə bildirilib.
Məlumata görə, səhər saat 4-dən başlayaraq Kiyev və onun ətraf ərazilərində partlayışlar baş verib:
“Kiyevskaya-750 yarımstansiyası X-101 raketləri ilə vurulub. Ukrayna paytaxtının yaxınlığındakı obyektlərə də zərbələr endirilib. Rusiya qüvvələri həmçinin Zaporojye , Vinnitsa və Xarkovdakı hədəflərə hücum edib”.
Əliyar Xəlil
Globalinfo.az