WhatsApp Image 2024 05 08 at 13.23.06

“NATO hazırda Rusiya ilə uzunmüddətli münaqişəyə hazır deyil”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun dəniz qüvvələri qrupunun komandiri vitse-admiral Joquin Ruiz Eskaqedo deyib.

Onun sözlərinə görə, ittifaq ölkələri hələ də qüvvələrini artırmalıdır:

“İmkanlarımızı itirdiyimizi deməzdim, amma qüvvələrimizi mümkün qədər tez bərpa etməli və gücləndirməliyik”.

Vitse-admiral problemlərin səbəbini NATO müttəfiqləri üçün onilliklər ərzində sualtı qayıqlara qarşı müharibənin prioritet olmaması ilə əlaqələndirib:

“Çünki alyansın diqqəti İraq və Əfqanıstan kimi yerlərdə olan quru qüvvələrinə yönəlmişdi”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: