ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasının üzvləri ilə mübahisə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Belə ki, hadisə Ağ Ev rəhbərinin 2026-cı il “Birliyin Vəziyyəti”ndəki (“State of Union”) çıxışı zamanı olub.
Donald Tramp miqrasiya siyasətini müdafiə edib və bütün nümayəndələri ayağa qalxaraq dəstək verməyə çağırıb:
“Həmin anda Demokrat Konqres üzvü İlhan Omar “Amerikalıları öldürdünüz, əslində siz özünüzdən utana bilərsiniz” sözləri ilə cavab verib. Nəticədə Konqresdə gərginlik artıb”,- deyə nəşr bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2026-cı il “Birliyin Vəziyyəti” (“State of Union”) müraciəti ilə ölkə tarixində ən uzun çıxış rekordunu yeniləyib. Onun Konqresdəki çıxışı təxminən 1 saat 48 dəqiqə davam edib.
Safura Bənnayeva
Globalinfo.az