Kiyev mülki obyektlərə hücum etmir.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov bildirib.
Budanov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri müharibənin çətin və sərt şərtlərinə baxmayaraq, müqavimət göstərə bilməyən şəxslərə qarşı silah tətbiq etmir.
“Müharibənin vəhşiliyinə baxmayaraq, kimin və hansı şəraitdə fiziki olaraq müqavimət göstərə bilməyən uşağa və ya yaşlı bir insana qarşı silah qaldıracağını başa düşə bilmirəm”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna ordusu mülki əhaliyə, eləcə də mədəni və tarixi obyektlərə zərbə endirmir.
Tahir Turan