AgcQIr8zp0si3yDXqu8COIb08SwhZfI5

Rusiyanın düşmənləri ölkəyə zərər vurmaq cəhdləri ilə özlərini uçuruma aparırlar.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışı zamanı səsləndirib.

Prezident qeyd edib ki, Rusiyaya qarşı müxtəlif yollar və vasitələr axtarılır.

“Onlar Rusiyaya strateji məğlubiyyət vermək istəyirlər, lakin bu, mümkün deyil. Bu cəhdlər nəticə verməyəcək və sonda peşman olub özlərinin necə məhv olduqlarını izləyəcəklər”, – deyə Putin vurğulayıb.

O əlavə edib ki, Rusiyaya qarşı təzyiqlər davam etsə də, ölkəyə strateji məğlubiyyət vermək mümkün olmayacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: