d9BFCnSuLPZCixe14sNqlnz5bFJv1tR71rnQ1LcR 1200 1

İran ABŞ-la mümkün razılaşmanın əldə edilməsi istiqamətində danışıqları sürətləndirməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançinin bəyanatında bildirilib.

Onun sözlərinə görə, Tehran Vaşinqtonla razılaşmaya nail olmaq üçün zəruri hesab edilən bütün addımları atmağa hazırdır. İran tərəfi mümkün anlaşmanın mümkün qədər qısa müddətdə əldə olunmasında maraqlı olduğunu vurğulayıb.

Qeyd olunur ki, tərəflər arasında münasibətlərin gələcək inkişafı və razılaşmanın detalları regionda siyasi proseslərin gedişinə ciddi təsir göstərə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: