QWtjiICE3e9hzaVLY5feftFwwqIrJKllnaM6DG2e 1200

Bakıda usta hündürlükdən yıxılaraq ölüb.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Nardaran qəsəbəsində qeydə alınıb.

Burada tikintilərdən birində usta işləyən 37 yaşlı Qamət Müslüm oğlu Soltanov altıncı mərtəbədən yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: