semsad aga

“Meydan TV işi” üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ailəsində növbəti faciə baş verib. Jurnalistin bacısı Zəminə Ağayeva ötən gecə ağır xəstəlikdən vəfat edib.

Globalinfo.az-ın xəbərinə görə, Ş.Ağanın vəkili Zibeydə Sadıqova “Yeni Sabah”a bildirib ki, müdafiə tərəfi Şəmşad Ağanın dəfn mərasimində iştirakına icazə verilməsi üçün müvafiq hüquqi prosedura başlayıb. Onun sözlərinə əsasən, artıq məhkəməyə məlumat verilib və müdafiə tərəfi Şəmşad Ağanın bacısının dəfn mərasimində iştirak etməsi üçün icazə verilməsini istəyib.

Vəkilin sözlərinə görə, mərhumun cənazəsinin bu gün və ya sabah Rusiyadan gətirilməsi gözlənilir. O qeyd edib ki, özü də bir az sonra Bakı istintaq təcridxanasına yollanacaq.

Bu, həbsdə olan Şəmşad Ağanın son 6 ayda ailəsində baş vermiş beşinci ölüm hadisəsidir. Bu müddətdə jurnalistin dayısı, xalası, qardaşı qızı, anası, dünən isə bacısı vəfat edib.

Şəmşad Ağa 2025-ci ilin fevralında həbs olunub. Hazırda onun işi məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və digər ağır cinayətlərdə ittiham olunur.

***09:10

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayeva vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistin dostları Feysbuk səhifələrində paylaşım ediblər.

Qeyd edək ki, 1 ay əvvəl Şəmşad Ağanın anası parkinson xəstəliyindən vəfat etmişdi.

Paylaş: