Rusiya ordusu Donetsk vilayətində yerləşən Novıy Donbas kəndini nəzarətə götürüb.
Globalinfo.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb.
Bildirilir ki, sözügedən yaşayış məntəqəsi Dobropolye istiqamətində şərq tərəfdə yerləşən son kəndlərdən biri hesab olunur.
Məlumata əsasən, Rusiya qüvvələri hazırda Dobropolye istiqamətində irəliləyişini davam etdirir.
Tahir Turan
Globalinfo.az