1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 14

Xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***21 fevral 21:00

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər baziri Ceyhun Bayramovla ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq inkişafları, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.

Paylaş: