f8YaB2Gj1TTH1Xy7wloFRh0JSYBm03yIKHKdhVpk 640 2

Rusiyada yaşadıqları binanın qarşısında meyitləri aşkarlanan ər-arvadın cənazələri Ucar rayonunun Rəstəcə kəndinə gətirilərək dəfn olunub. Hadisə bir neçə gün əvvəl Rusiyanın Nova Moskva ərazisində yerləşən Salaryeva Park yaşayış kompleksində baş verib. Binanın pəncərələrinin altında 42 yaşlı Vasif Nağıyev və 39 yaşlı həyat yoldaşı Aygün Hüseynovanın meyitləri tapılıb.

Globalinfo.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, Rusiya mətbuatında hadisə ilə bağlı səsləndirilən versiyalar ailə tərəfindən inandırıcı hesab olunmur. Onlar bildirirlər ki, meyitlərə baxış zamanı hər hansı zorakılıq və ya fiziki xəsarət izləri müşahidə edilməyib.

Qohumların iddiasına görə, ilkin ehtimallardan biri ailədaxili məsələ ilə bağlıdır. Bildirilir ki, istintaq çərçivəsində telefon danışıqları və yazışmalar da araşdırılır. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin bütün təfərrüatları dəqiqləşdirilir və yekun rəy açıqlanmayıb.

Daha ətraflı videoda:

Paylaş: