DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, şübhəlilər dilənçi və tufeyli həyat sürən şəxslər olub. Mağazadan bir neçə qutu tütün məmulatlarını talayıblar.
Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***15:09
Fevralın 20-də günorta saatlarında Bakının Keşlə qəsəbəsində soyğun baş verib.
Globalinfo.az-a daxil olan məlumatda deyilir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassirləri hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin saytımıza bildirdiyinə görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başqa dildə söhbət ediblər.
Şahidlər onu da deyiblər ki, marketə basqın edən qadınlar əllərindəki pipetli əşya ilə ağızlarına maye fısqırdıblar.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.
Əliyar Xəlil
Globalinfo.az