YbP9JqaoorNP2rHLIjzY6n8geSVqIK7TXjY4gSeW 1200

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

    Qeyd edək ki, Bəhruz Əsgərov 27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

    Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.

    Paylaş: