1770757627 1769944942 zelenskii

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə bağlı ölüm əmri verib-verməyəcəyindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, britaniyalı jurnalist Piers Morqanın sualını cavablandırıb.

“Fürsət yaranarsa, təhlükəsizlik qüvvələrinə Rusiya Prezidenti Vladimir Putini öldürməyi əmr edərsinizmi”, sualına Zelenski dolayı cavab verib:

“Sui-qəsd heç nəyi kökündən dəyişdirməyəcək, çünki söhbət möhkəmlənmiş bir sistemdən gedir. Bilirsiniz, onların sistemində əmin deyiləm ki, başqa bir insan eyni Putin kimi olmayacaq.  Yəni məsələ təkcə Vladimirdə deyil, sistemdədir”.

Eyni zamanda, Zelenski özünə qarşı çoxsaylı sui-qəsd cəhdlərindən danışıb və bildirib ki, bunların əksəriyyətinin qarşısı təhlükəsizlik xidmətləri tərəfindən alınıb.

“Məni neçə dəfə öldürməyə çalışdıqlarını bilmirəm. Təhlükəsizlik xidmətləri mənə bu işlərin bəziləri barədə məlumat verdilər. Başa düşürəm ki, ölkəmin çətin dövründə bu, Ukraynanı xaosa sürükləyə bilər”, – deyə dövlət başçısı bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: