“Kanal D”də yayımlanan “Arka Sokaklar” serialında “Rıza Baba” obrazını canlandıran Zafer Ergin müasir mafiya mövzulu seriallarla bağlı tənqidi fikirlər səsləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə 83 yaşlı aktyorun dedikləri sosial şəbkədə yayılıb.
Onun sözlərinə görə, artıq 20 mövsümdür polis obrazını canlandırırlar və hətta ssenari uydurma olsa belə, ekran vasitəsilə ölkədə nizam-intizam və hüquq-mühafizə dəyərlərini ön planda tutmağa çalışıblar. O qeyd edib ki, buna baxmayaraq, son illər mafiya mövzulu seriallara maraq daha çoxdur.
Zafer Ergin qeyd edib ki, cinayətkar obrazların populyarlığı və “nüfuzu” bəzən hüquq-mühafizə orqanlarını təmsil edən obrazlardan daha yüksək təqdim olunur.
Bu tendensiyanın cəmiyyət üçün düşündürücü olduğunu deyən aktyor, polis mövzusunun və qanunun aliliyinin ekranlarda daha güclü şəkildə qorunmasının vacibliyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az