hebs2

Fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə  M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

629820671 1947188552673310 3148120226434369360 n

Cavid Əhmədov

Paylaş: