“Macarıstan Ukraynaya heç nə borclu deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Andrey Sibiqaya cavabında deyib.
Siyarto Ukraynanın Avropanı Rusiyadan qoruduğu iddialarını “yalan” adlandırıb:
“Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin təhlükəsizliyini təmin edən NATO-dur, Kiyev deyil. Rusiya Aİ-nin heç bir üzv ölkəsinə hücum etməyib və qitənin təhlükəsizliyinə Alyans cavabdehdir. Ukrayna özünü müdafiə edir, Macarıstanı yox. Buna görə də onlara bizi qoruduğu üçün borclu deyilik”.
Qeyd edək ki, daha əvvəl Andrey Sibiqa Ukraynanın Avropanı qoruduğunu iddia edib.
Safura Bənnayeva
Globalinfo.az