Belarus Baş nazirinin müavini İqor Petrişenko martın əvvəlində Azərbaycana səfər edəcək.
Globalinfo.az bildirir ki, bu haqda APA-ya Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, İqor Petrişenko həmçinin, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Belarus tərəfindən həmsədridir.