1701860762 zaxarova 2 900x605 1

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Münxen Təhlükəsizlik Konfransını “boş danışıq platforması” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Radio Sputnik”in efirində açıqlama verib.

Zaxarova Qərb nümayəndələrini sərt tənqid edib:

Qərb siyasətçiləri bu konfransda özləri haqqında çox şey danışırlar”.

Diplomat vurğulayıb ki, artıq uzun müddətdir bu tədbirə xüsusi diqqət ayırmır, çünki onun fikrincə, konfrans problemlərin həllinə yönəlməyib, sadəcə illərdir eyni konsepsiyanı təkrar edir.

“Onların fikrincə, Yer planetində qeyri-sabitliyin mənbəyi olan bir dövlət var. Amma mən əlavə edərdim ki, bu dövlət onların qeyri-sabit vəziyyətinin səbəbidir. Bəziləri bizə ilhamla, ümidlə baxır, digərləri üçün isə biz həqiqətən onların qeyri-sabit vəziyyətinə səbəb oluruq”, – deyə Zaxarova izah edib.

Xatırladaq ki,  2022-ci ildən bəri Rusiya nümayəndələri bu tədbirə dəvət olunmur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: