Ümumi görüşdən sonra tərəflər xüsusi işçi qruplar formatında məqsədyönlü müzakirələrə keçiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSMC) katibi Rüstəm Umerov öz Teleqram kanalında bildirib.

Ukrayna nümayəndə heyətinin rəhbəri qeyd edib ki, müzakirələr zamanı praktik məsələlər və mümkün həll mexanizmləri nəzərdən keçirilib. Onun sözlərinə görə, həm siyasi, həm də hərbi bloklar gün ərzində işlərini tamamlayıblar.

Umerov əlavə edib ki, Cenevrədə keçirilən danışıqların ilk gününün nəticələrinə dair hesabat bu gün Ukrayna Prezidentinə təqdim olunacaq.

Qeyd edək ki, görüşlər “InterContinental” Geneva hotelində keçirilir və danışıqların çərşənbə günü davam etdiriləcəyi gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: