1771089824 6e801ab4c9436ac8e9f9d92bbcc5f13f 9

Qalatasaray” – “Yuventus” qarşılaşması Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb. 

Globalinfo.az xəbər verir ki, ev sahibləri 5-2 hesabı ilə qalib gəliblər.

***23:31

Qalatasaray” – “Yuventus” qarşılaşmasında yeddinci qol vurulub. 

Globalinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi hesabına beşinci qolu yazdırıb.

Qolun müəllifi 86-cı dəqiqədə Saşa Boey olub.

***23:19

Qalatasaray” dördüncü qolunu qazanıb. 

Globalinfo.az xəbər verir ki, Noa Lanın 75-ci dəqiqədəki qolu ilə ev sahibləri top fərqini 2-yə qaldırıb.

***23:04

Qalatasaray” hesabda irəli çıxıb. 

Globalinfo.az xəbər verir ki, 61-ci dəqiqədə Sançez komandasının hesabına üçüncü qolu qazandırıb.

***22:54

Qarşılaşmanın ikinci hissəsində “Qalatasaray” bərabərlik qolunu vurub.

Globalinfo.az xəbər verir ki, Noa Lan 49-cu dəqiqədə rəqib qapısından top keçirib.

***22:47

Qalatasaray” – “Yuventus” qarşılaşmasında ikinci hissə start götürüb. 

***22:34

Oyunda birinci hissə “Yuventus”un üstünlüyü ilə bitib. 

***22:17

Qalatasaray” – “Yuventus” qarşılaşmasında qonaq komanda top fərqi ilə irəli keçib. 

Globalinfo.az xəbər verir ki, Koopmeyners özünün ikinci qoluna (32`) imza ataraq “Yuventus”un hesabına ikinci qolu yazdırıb.

***22:02

Oyunda hesab bərabərləşib. 

Globalinfo.az xəbər verir ki, cəmi bir dəqiqə sonra “Yuventus” “Qalatasaray“ın qapısından qol keçirə bilib.

16-cı dəqiqədə Koopmeyners hesabı bərabərləşdirib.

***22:00

Qalatasaray” – “Yuventus” qarşılaşmasında ilk qol vuruldu. 

Globalinfo.az xəbər verir ki, Qabriel Sara 15-ci dəqiqədə “Qalatasaray“a ilk qolu qazandırıb.

***21:43

UEFA Çempionlar Liqasının keçid pley-off mərhələsinin ilk oyununda Türkiyənin “Qalatasaray” klubu doğma meydanda İtaliya təmsilçisi “Yuventus”u qəbul edir.

Globalinfo.az xəbər verir ki, qarşılaşmanı Niderland Futbol Federasiyasından olan hakim Denni Makkelie idarə edir.

 

Paylaş: