“Cenevrədə keçirilən görüşdə Ukrayna nümayəndə heyəti daxilində fikir ayrılıqları yaranıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” in məlumat yayıb.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Kiril Budanovun rəhbərlik etdiyi bir qanad, Kiyevin maraqlarının ABŞ-ın rəhbərlik etdiyi sürətli bir razılaşma ilə ən yaxşı şəkildə təmin edildiyinə inanır. Onlar bunun üçün fürsət pəncərəsinin tezliklə bağlanacağından qorxurlar. Lakin keçmiş administrasiya rəhbəri Andrey Yermakın təsiri altında olan digər qanad bu fikrə daha az meyllidir”, – deyə məqalədə bildirilir.
Nəşr qeyd edib ki, Zelenski vəziyyətlə bağlı tərəflər arasında tarazlıq yaratmağa çalışır.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə iki günlük danışıqlar raundu fevralın 17-də Cenevrədə başlayıb.
Əliyar Xəlil
Globalinfo.az