Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri – qurumun mətbuat katibi vəzifəsindən istefa verən Taleh Quliyevin yerinə kimin təyin edildiyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, Taleh Quliyevin səlahiyyətlərini Audiovizual Şuranın Kommunikasiya sektorunun əməkdaşı Xəyalə Mərdanlı icra etməyə başlayıb.
***17:03
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri – qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
Globalinfo.az xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.