Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.
TIR-la “VAZ 21099” markalı avtomobillərin toqquşması zamanı 2 nəfər hadisə yerində ölüb.
Ölən şəxslərin adları aşağıdakı kimidir:
Orxan Rzayev (1987);
Məhəmməd Xəlilov (1987).
Faktla bağlı araşdırma aparılır