Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini ölkədəki seçkilərə müdaxiləni dayandırmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, baş nazir bu barədə X hesabında paylaşım edib.
Orbanın sözlərinə görə, Ukrayna nümayəndələri Macarıstandakı seçki kampaniyasında fəal iştirak edirlər:
“Onlar rəqiblərimizi öz mənfəətləri üçün maliyyələşdirirlər. Müdaxiləni dayandırın, Macarıstan gələcəyini özü müəyyən etməlidir”.
Əliyar Xəlil
Globalinfo.az