
ABŞ Prezidenti Donald Tramp adının pedofil Ceffri Epşteyn işi üzrə sənədlərdə hallanması barədə sualları cavablandırıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə yerli mediaya danışıb.
“Gizlədəcək heç nəyim yoxdur. Mənə bəraət verilib. Ceffri Epştein ilə heç bir əlaqəm olmayıb. Epşteyn məsələsində tam günahsızam”, – o bildirib.
Qeyd edək ki, Tramp və Epşteyn 1990-cı illər və 2000-ci illərin əvvəllərində Florida və Nyu Yorkda keçirilən bəzi tədbirlərdə birlikdə görüntüləniblər. Tramp daha əvvəl Epşteyni tanıdığını, lakin illər öncə onunla əlaqəni dayandırdığını açıqlamışdı.
Safura Bənnayeva
Globalinfo.az