1771089819 d3b462b38f3eab22131c4176730669b6 6

Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilan şəhəri ərazisində salınacaq ikinci yaşayış məhəlləsində tikinti və quraşdırma işlərinin həyata keçirilməsi məqsədilə tender müsabiqəsi elan edilib.

Globalinfo.az xəbər verir ki, Oxu.Az-ın məlumatına əsasən, lazımi işlər üçün sifarişçi tərəfindən ümumilikdə 33 milyon 898 min 511 manat məbləğində vəsaitin ödənilməsi planlaşdırılır.

Həyata keçiriləcək layihə çərçivəsində görülməsi nəzərdə tutulan konkret işlərin detalları barədə hələlik açıqlama verilməyib.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinə qatılmaq üçün müəyyən edilmiş iştirak haqqı 5 min 84.78 manat təşkil edir.

Paylaş: