mahir 1

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafada 3 mərtəbəli ev yanıb. Məlum olub ki, sözügedən villa iş adamı Xanəhmədov Mahir Kərim oğluna məxsusdur.

Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Mahir Xanəhmədov Surqutdakı Xantı-Mansi Muxtar Dairəsi-Yuqra Diasporunun rəhbəri və “Azərbaycan-Surqut” regional milli-mədəni ictimai təşkilatının sədridir.

İş adamı ötən il Rusiyada diaspor rəhbəri təyin olunub.

aqa%204

M.Xanəhmədovu diaspor rəhbərliyinə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev gətirib.

Ailəlidir, altı övladı var.

Paylaş: