
“Sosial mediada və televiziyada yayılan bu tip təhqiredici və şou xarakterli paylaşımlar siyasətin əsas məsələlərini kölgədə qoyur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidneti Barak Obama deyib.
O əlavə edib ki, belə davranışlar həm ictimaiyyəti yanıltmaq, həm də siyasi müzakirələri aşağı səviyyəyə endirmək məqsədini daşıyır.
Keçmiş prezident vurğulayıb ki, liderlərin məsuliyyəti yalnız şəxsi hücumlarla kifayətlənməmək, həm də ölkənin önəmli problemlərinə diqqəti yönəltməkdir.
Obama sözlərinə görə, cəmiyyətdə müzakirə və fikir ayrılığı olsa da, bunu hörmətli və konstruktiv şəkildə etmək daha önəmlidir.
Almaniya 2026-cı ildə ilkə imza atdı – 3 ölkəyə “məğlub oldu”
Qeyd edək ki, Tramp seçki saxtakarlığına aid video paylaşıb. Süni intellekt tərəfindən yaradılan videoda Mişel və Barak Obama meymun kimi təsvir olunur və seçki saxtakarlığına işarə edilib.
Tramp videonun həm Demokratlar, həm də Respublikaçılar tərəfindən sərt reaksiyaya səbəb olmasından bir neçə saat sonra “Truth Social” hesabından silib.
Ağ Ev daha sonra bir işçinin videonu səhvən paylaşdığını iddia edərək, tənqidin “saxta qəzəb” olduğuna dair əvvəlki iddiaları təkzib edib.
Tahir Turan
Globalinfo.az