meyit dem qazi

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Globalinfo.az xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: