Araqci 13

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İran mövzusunda keçirilən müzakirələr ciddi və real yanaşmadan uzaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, İran üzrə Münxen Təhlükəsizlik Konfransı faktiki olaraq “Münxen sirkinə” çevrilib:

“Avropa İttifaqı (Aİ) hazırda çaşqın vəziyyətdədir və bölgədəki bütün geosiyasi təsir imkanlarını tədricən itirib. Berlin regional siyasətini demək olar ki, tam şəkildə İsrailə təhvil verən ölkələr arasında ön sıradadır.

İranın nüvə proqramı ətrafında gedən proseslərdə Aİ və “Avropa üçlüyü”nün rolu getdikcə daha da əhəmiyyətsizləşir”.

Qeyd edək ki, Abbas Əraqçinin Münxen Təhlükəsizlik Konfransında iştirak etməsi üçün müraciət olunsa da, bu təklif ləğv edilib.

Təşkilatçıların bəyanatında bildirilib ki, bir neçə həftə əvvəl İran hökumətinin nümayəndələrinə, o cümlədən Abbas Əraqçiyə dəvət göndərilib, lakin ölkədəki cari hadisələr fonunda Münxen Təhlükəsizlik Konfransı bu dəvətləri geri çəkib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: