6990ba0bb77916990ba0bb779217710924916990ba0bb778d6990ba0bb778f

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq, qarşılıqlı səfərlərin və beynəlxalq platformalar çərçivəsində görüşlərin əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyi qeyd edilib.

İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin Avropanın enerji təhlükəsizliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına verdiyi töhfə diqqətə çatdırılıb. Bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq və “yaşıl keçid” istiqamətində birgə layihələrin, Mərkəzi Asiya daxil olmaqla geniş bölgədə səylərin perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlərin əhəmiyyətinə toxunularaq, çoxtərəfli platformalarda bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və dəstəyin davam etdirilməsindən məmnunluq ifadə olunub.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və tarixi Vaşinqton Zirvəsindən sonra bölgədə de-fakto sülhün və ilkin əməkdaşlığın təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***14 fevral 22:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.

Regional inkişaflar, ErmənistanAzərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.

6990ba0c8d01c6990ba0c8d01d17710924916990ba0c8d0196990ba0c8d01b 6990ba0c069aa6990ba0c069ab17710924916990ba0c069a76990ba0c069a8 6990ba0c4859c6990ba0c4859d17710924916990ba0c485996990ba0c4859b

Paylaş: