“ABŞ İranın nüvə silahı yaratması proqramını yeniləməyinə inanmır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib.
“Biz düşünmürük ki, İranın ali dini lider 2003-cü ildə dayandırılmış nüvə silahı yaradılması proqramının yenilənməsi haqqında qərar verib”, – o bildirib.
Berns həmçinin amerikalıların Tehranın bu proyekti başlatmaqları ilə bağlı hələlik heç bir sübutlarının olmadığını da söyləyib.
Qeyd edək ki, bundan öncə “Blomberq” agentliyi İranın uranın zənginləşdirməsini 84%-ə çatdırdığını yazıb. Bu isə nüvə silahının yaradılmasında kritik rəqəm sayılır. Belə ki, uranın zənginləşdirilməsi 90%-ə çatacağı halda Tehran nüvə silahı yarada bilər.
İlkin Həsənov
Globalinfo.az













