“Əgər İranın ali lideri Ayətullah Seyid Əli Xamenei sabah ABŞ Prezidenti Donald Trampla görüşmək istədiyini desə, bu, baş tutacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio deyib.
Rubionun sözlərinə görə, Tramp belə bir görüşə müsbət cavab verər:
“Tramp Ayətullah razılaşdığı üçün yox, dünyada problemlərin belə həll olunduğuna inandığı üçün buna “hə” deyər. Çünki heç kimlə görüşməyi güzəşt hesab etmir”.
Əliyar Xəlil
Globalinfo.az