Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İranın vəliəhd şahzadəsi Rza Pəhləvi ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı öz Teleqram kanalında məlumat yayıb.
Zelenski bildirib ki, Ukrayna İran xalqının öz gələcəyi uğrunda apardığı mübarizəni dəstəkləyir və İran rejiminin qurbanlarına başsağlığı verir.
“İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab edirik”, – deyə Ukrayna lideri vurğulayıb.
Prezident İran şahzadəsinə Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, insan həyatının qorunması üçün maksimum səylərin göstərilməsi vacibdir və Ukrayna bu istiqamətdə öz töhfəsini verməyə hazırdır.
Görüş beynəlxalq təhlükəsizlik məsələlərinin, eləcə də regiondakı siyasi proseslərin müzakirəsi fonunda baş tutub.
Əliyar Xəlil