Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-ın müvəqqəti işlər vəkili David Allen arasında görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, görüş zamanı Ermənistan–ABŞ müdafiə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər hərbi-texniki əməkdaşlıq, kadr hazırlığı və peşəkar təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar. Müzakirələr çərçivəsində birgə hərbi təlimlərin təşkili imkanları da gündəmdə yer alıb.
Bununla yanaşı, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilib. Rəsmi dairələr əməkdaşlığın gələcək mərhələdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Əliyar Xəlil