Hindistanda “Nipah” virusundan ikinci ölümcül hadisəsi qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Life SHOT” Telegram kanalı məlumat yayıb.
“Xəstəyə qulluq edən 25 yaşlı tibbi bacısı virusa görə vəfat edib. Belə ki, o, təxminən bir ay komada olub. Tibb bacısının NIPAM testi mənfi nəticə göstərib, lakin ağciyər infeksiyası inkişaf edib. Xəstə süni tənəffüs aparatına qoşulub. Qadın virusun yaratdığı ağırlaşmalardan ölüb. İmmun sistemi zəifləyib və ürəyi dayanıb”, – deyə bildirilib.
Qeyd edək ki, yanvar ayında Hindistanın Kalkutta şəhəri yaxınlığında “Nipah” virusunun yayılıb. İndiyə qədər beş nəfər yoluxub, təxminən 100 nəfər isə karantindədir. Hazırda xəstəlik üçün heç bir müalicə və ya peyvənd yoxdur.
Əliyar Xəlil
Globalinfo.az