1751882749 dmitry peskov 1

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu fevralın 17-18-də Cenevrədə keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqların növbəti raundu fevralın 17-18-də Cenevrədə Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında keçiriləcək”, – Kremlin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

***13:46

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    O, Kremlin danışıqların dəqiq tarixləri və yerini daha sonra açıqlayacağını qeyd edib.

    Qeyd edək ki, “Politico” nəşri danışıqların Əbu-Dabi və ya Mayamidə keçiriləcəyi barədə məlumat yayıb.

    Paylaş: